Dövlət Turizm Agentliyi (DTA) ölkənin müxtəlif bölgələrində yerli və xarici turistlər, eləcə də xaricə səfərlər edən Azərbaycan vətəndaşları arasında sorğunun keçirilməsi üçün şirkət seçməyi planlaşdırır.
Seçim kotirovka sorğusu metodu ilə keçirilir.
Hüquqi şəxslər təkliflərini 11 iyul saat 18:00-dək təqdim edə bilər. Tender proseduru 12 iyul saat 11:00-da baş tutacaq.*
R.Babayev