Azərbaycanda 12 nəfərə qarşı dələduzluq etmiş şəxs barəsində cinayət işi başlanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən dələduzluq etmiş H.Ağayevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 2017-ci ilin noyabr ayından 2018-ci ilin noyabr ayınadək olan müddətdə 12 nəfəri viza düzəltmək adı ilə aldadıb onlardan ümumilikdə 56913 manat pul alması müəyyən edilib”, - deyə məlumatda bildirilir.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.*
R.Babayev