Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bu gün jurnalistlərə bildirib ki, o, həbs olunmayıb.
Xatırladaq ki, bu gün Ə.Kərimlinin “Facebook” sosial şəbəkəsindəki səhifəsində verilən məlumata görə, o, Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs olunub.
“Mən həbs olunmamışam, anlaşılmazlıq baş verib”, - deyə AXCP sədri qeyd edib.
Daha əvvəl verilən məlumata görə, Ə.Kərimli Müsavat Partiyasının qərargahı qarşısında saxlanılıb.
Mətbuatda onun süni şəkildə ictimai narazılıq yaratmaqda ittiham olunduğu bildirilir.*