Bakı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin irəliləyisi və tərəflərin saxladıqları şəxslərin olması faktının yaratdığı mənfi emosiomal fonun aradan qaldırılması məqsədilə İrəvanla saxlanılan şəxslərin “hamının hamıya” prinsipi əsasında qarşılıqlı dəyişdirilməsini mütəmadi həyata keçirir. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib.
“Şübhəsiz ki, bu cür şəxslərin olması faktı danışıqlar prosesinin irəliləyişi nöqteyi-nəzərindən mənfi emosional amil qisminmdə çıxış edir. Məhz bununla əlaqədar Azərbaycan “hamının hamıya” prinsipini tədricən həyata keçirir”, - Abdullayeva “İnterfaks-Azərbaycan”a bildirib.
“Bu gün saxlanılan şəxslərin dəyişdirilməsi ATƏT-in Minsk qrupunun həmsədrlərinin humanitar təşəbbüslərinin resallaşdırılması çərçivəsində tədbirdir ki, bu barədə regiona səfərlərin və Vaşinqtonda keçirilən son görüşün yekunlarına dair bəyanatlarda öz əksini tapıb”, - o əlavə edib.
Abdullayevanın fikrincə, əgər danışıqlar prosesində zəruri element kimi təmas xəti boyu gərginliyin azalmasının zəruriliyini bəyan edən Ermənistan tərəfinin əlverişli olmayan emosional fonu zəiflətmək niyyəti səmimidirsə, o zaman “hamının hamıya” prinsipi ilə dəyişdiriləsinin reallaşdırılması istiqamətində gələcəkdə addılmlar atmalıdır.
Xəbər verildiyi kimi, cümə günü Zaven Karapetyan Ermənistana, Elvin İbrahimov isə Azərbaycana qaytarılıblar.
Hazırda iki nəfər Ermənistan vətəndaşı Azərbaycandadır: Arsen Baqdasaryan, Karen Kazaryan. Rəsmi Bakı onları təxribatçı və hərbi cinayətkar hesab edir.
Hazırda 2 azərbaycanlı Ermənistandadır - Dilqəm Əsgərov və Şahbaz Quliyev.
Azərbaycan hər iki tərəfdən saxlanılan şəxslərin “hamının hamıya” prinsipi əsasında qarşılıqlı dəyişdirilməsini dəfələrlə təklif edib. **
F.İsazadə