Azərbaycan prezidenti İlham Əliyev “Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında” fərmanına dəyişiklik edib.
Müvafiq fərman cümə günü dövlət başçısının saytında dərc olunub.
Dəyişikliklərə əsasən, Prezident Mükafatı elm və təhsil, mədəniyyət sahələrində fərqlənən istedadlı gənclərlə yanaşı, həmçinin ictimai və sosialyönümlü fəaliyyət , gənclər siyasəti və gənclərlə iş və innovasiya və sahibkarlıq fəaliyyəti sahəsi üzrə fərqlənən istedadlı gənclərə veriləcək.
O cümlədən fərman mükafatın sayının 6-dan 10-dək artırılmasını nəzərdə tutur.
Gənclər üçün Prezident Mükafatı 2013-cü ilin iyul ayında yaradılıb və ildə bir dəfə təqdim olunur. Mükafatın məbləği 10 min manat təşkil edir. **
Ə.Məmmədov