1 iyul 2019-cu il tarixindən etibarən Azərbaycanda milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15%-dən 10%-dək, xarici valyutada isə 3%-dən 2,5%-dək endirilir. Bu barədə Əmanətlərin Sığortalanması Fondundan (ADIF) məlumat verilir.
“Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurasının qərarı ilə 1 iyul 2019-cu il tarixinədək qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi milli valyutada cari 15%-dən 10%-dək endirilir”, - Fondun şənbə günü yaydığı məlumatda qeyd olunur.
İyulun 1-dən xarici valyutada əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 2,5% təşkil edəcək (hazırda 3%-dir).
“1 iyul 2019-cu il tarixinədək qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi milli valyutada 15%, xarici valyutada isə 3% təşkil edir və bu qaydaya uyğun qorunan əmanət statusunda olan depozitlərin sığortası əmanət müqaviləsinin müddəti bitənədək qüvvədə qalır”, - ADIF-dən bildirilir. **
A.Əzizov