Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə dövlət büdcəsindən 8,6 mln. manat ayırmağı tapşırıb.
Vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündən ayrılacaq.
İ.Əliyevin müvafiq sərəncamı şənbə günü dövlət başçısının saytında dərc olunub. **
R.Babayev