UNESCO Azərbaycanın Elm Muzeyinin təsis edilməsi təşəbbüsünə dəstək verir. Dövlət başçısının saytındakı məlumata görə, bunu UNESKO-nun baş direktoru Odre Azule deyib.
“Azərbaycan prezidenti İlham Əliyev ilə görüş zamanı Azule Bakının mədəniyyətlərarası dialoqa verdiyi töhfəni yüksək qiymətləndirdi və ölkəmizdə mədəni və tarixi irsin qorunması və təbliği istiqamətində görülən işlərin əhəmiyyətini qeyd etdi”, - məlumatda deyilir.
Tərəflər Azərbaycan ilə UNESKO arasında elm və təhsil sahələrində əməkdaşlığın inkişafından məmnunluq ifadə ediblər, bu sahədə UNESKO-nun xətti ilə həyata keçirilən layihələrin önəmini vurğuladılar. **
R.Babayev