Goranboy Rayon İcra Hakimiyyəti yaşayış binasının tikintisi üçün podratçı seçir. Bu barədə İcra Hakimiyyətinin elanında deyilir.
Seçim açıq tender metodu ilə keçirilir və Dəliməmmədli şəhərində ikimərtəbəli 8 mənzilli binanın tikintisini nəzərdə tutur.
Tenderdə iştirak haqqı 150 manatdır.
Tender təklifləri 14 avqust saat 17:00-dək qəbul olunur. Tender proseduru 15 avqust saat 15:00-da baş tutacaq.
Telefon: (+994 234) 245-10-24.*
B.Rüstəmbəyov