Mədəniyyət Nazirliyi Şabran rayonu ərazisində yerləşən “Çıraqqala” abidəsinin bərpasına təxminən 5 mln. manat yönəldəcək.
www.tender.gov.az saytında verilən məlumata görə, nazirlik «K.E.İnşaat» MMC ilə “Çıraqqala” abidəsində möhkəmləndirmə və bərpa-konservasiya işlərinin həyata keçirilməsi haqqında müqavilə bağlayıb.
Müqavilənin dəyəri 4 mln. 996 min 547,47 manatdır.*
N.Abbasova