Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması mərasimi keçirilib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Mərasimdə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva iştirak edib.
Saytda dərc olunmuş fotoşəkillərə əsasən ehtiyata buraxılan hərbi qulluqçular arasında Azərbaycan prezidentinin oğlu Heydər Əliyev də var.
H.Əliyev ADA Universitetində təhsilini başa vurduqdan sonra 2018-ci ilin iyul ayında hərbi xidmətə çağırılıb.*
B.Rüstəmbəyov