1 iyun 2019-cu il tarixinə Azərbaycanda banklar tərəfindən 2,568 min ədəd bankomat quraşdırılıb ki, bu da 2018-ci ilin sonuna olan göstəricidən 2,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
İyunun 1-nə Bakıda 1,376 min ədəd (hesabat dövründə artım 3,5%), bölgələrdə 1,192 min ədəd (artım 1,6%) bankomat quraşdırılıb.
2019-cu il iyunun 1-nə respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayı 66,426 min ədəd təşkil edib ki, bu da cari ilin əvvəlinə olan göstəricidən 0,4% çoxdur.
Bununla yanaşı, Bakıda 41,035 min ədəd (artım 5,3%), regionlarda 25,618 min ədəd (azalma 6,5%) pos-terminal quraşdırılıb.
Pərakəndə ticarət obyektlərində 65,163 min ədəd pos-terminal və ya bütün pos-terminalların 98%-i quraşdırılıb.*
B.Rüstəmbəyov