2019-cu ilin birinci yarısında Azərbaycan OPEC+ çərçivəsində gündəlik neft hasilatının azaldılması üzrə öhdəliyini 125% icra edib. Bunu energetika naziri Pərviz Şahbazov bildirib.
“May və iyun aylarında Azərbaycan gündəlik neft hasilatını 20 min barrel azaltmaqla bağlı öhdəliyini tam yerinə yetirib və razılaşmanın qüvvədə olduğu 6 ay ərzində orta gündəlik neft hasilatının 125% icra edib”, - Şahbazov bu gün Vyanada ”OPEC plus” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 15-ci iclasında qeyd edib.
Azərbaycan Energetika Nazirliyinin məlumatında Şahbazovun sözlərindən sitat gətirilir. **
N.Abbasova