Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 2-də Minsk şəhərinə yola düşəcək.
“Z.Həsənov Belarus Respublikasının müdafiə naziri general-leytenant Andrey Ravkovun dəvəti ilə iyulun 2-də Minsk şəhərinə yola düşəcək. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Belarus Respublikasının alman-faşist işğalçılarından azad olunmasının 75-ci ildönümü və Müstəqillik Gününə həsr olunmuş təntənəli tədbirlərdə iştirak edəcək”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Z.Həsənovun, həmçinin bu ölkənin hərbi-siyasi rəhbərliyi ilə görüşləri və Azərbaycanın Milli Qəhrəmanı mayor Anatoli Davidoviçin ailə üzvlərini ziyarət etməsi nəzərdə tutulub.
“İyulun 3-də Minsk şəhərində keçiriləcək hərbi paradda Azərbaycan Ordusunun hərbi qulluqçuları da iştirak edəcək”, - deyə məlumatda qeyd olunur.*
F.İsazadə