Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2019-cu ilin iyun ayında valyuta hərraclarında $315,9 mln. məbləğində xarici valyuta satıb. Bu barədə fondun məlumatında deyilir.
Xəbər verildiyi kimi, ARDNF cari ilin may ayında valyuta hərraclarında $352,4 mln. məbləğində xarici valyuta satıb. Beləliklə, iyun ayında fond tərəfindən xarici valyutanın satış həcmi may ayı ilə müqayisədə 10,4% azalıb.
Bütövlükdə, I yarımillikdə valyuta hərraclarında $2 mlrd. 643,6 mln. məbləğində xarici valyuta satılıb (ötən ilin yanvar-iyun ayları ilə müqayisədə azalma 11,1% - İF).
Fond 2018-ci ildə valyuta hərraclarında $6 mlrd. 455,2 mln. məbləğində xarici valyuta satıb ki, bu da 2017-ci ilin göstəricisi ilə müqayisədə 79,4% çoxdur.*
Ə.Məmmədov