Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Nazirlər Komitəsinin normativ tələblərə uyğun olmadığına görə dayandırılan 212 layihənin reallaşdırılmasına icazə verib. Bunu Komitə sədri Samir Nuriyev deyib.
“Zamanında Nazirlər Kabinetinin tələblərinə uyğun olmayan bəzi layihələrin tikintisi dayandırlıb. İndiyədək, düzələndən sonra biz artıq 212 layihəni təsdiq etdik, onlardan yarısından çoxu Bakı ərazisindədir”, - Nuriyev bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu layihələrin reallaşdırlması 1,8 mln. kv. metrdən artıq mənzilin istismara verilməsini təmin edəcək. **
Ə.Məmmədov