2019-cu ilin yanvar-may aylarında bank və sığorta sektorlarından dövlət büdcəsinə vergi daxilolmaları 180,2 mln. manat təşkil edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 48,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan”a Vergilər Nazirliyindən məlumat verilir.
“Ümumilikdə, cari ilin 5 ayı ərzində qeyri-neft sektorundan vergi daxilolmaları 2 mlrd. 166,3 mln. manat təşkil edib. Bu 2018-ci ilin analoji dövrünün göstəricisindən 16,1% çoxdur”, - nazirlikdən bildiriblər.
Qeyd olunur ki, hesabat dövründə rabitə sahəsində vergi ödəyiciləri 129,4 mln. manat məbləğində vergi ödəyiblər (artım 40,6%).
Nəqliyyat sahəsindən daxil olan vergilər 137,3 mln. manat (artım 26,1%), xidmət sahələrindən – 343,9 mln. manat (artım 22,6%), ticarət sahəsindən – 238,1 mln. manat (artım 13,3%), tikinti sahəsindən – 342,9 mln. manat (artım 9,6%), ASK – 3,1 mln. manat (artım 6,1%), sənaye sahəsindən – 560,9 mln. manat (artım 1,2%) təşkil edib.
2019-cu ilin yanvar-may aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 3 mlrd. 139,3 mln. manat vergi daxil olub, proqnoza 110,1% səviyyəsində əməl edilib. **
B.Rüstəmbəyov