Azərbaycan prezidenti İlham Əliyev və Belarus prezidenti Aleksandr Lukaşenko ikitərəfli əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirib və əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
"Prezident İ.Əliyev bu gün A.Lukaşenkoya telefonla zəng edib. O, Belarus prezidentini ikinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili və Belarus idmançılarının bu yarışlarda qazandığı uğurlar münasibətilə təbrik edib. Dövlət başçısı, eyni zamanda, A.Lukaşenkoya Belarus Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə təbriklərini çatdırıb, Belarus xalqına tərəqqi və firavanlıq arzulayıb”, - deyə Azərbaycan prezidentinin saytında məlumat verilir.
A.Lukaşenko təbriklərə görə İ.Əliyevə minnətdarlığını bildirib.
“Dövlət başçıları ölkələrimiz arasında ikitərəfli dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirib və əlaqələrimizin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar”, - deyə məlumatda qeyd olunur.*
B.Rüstəmbəyov