2019-cu il iyunun 28-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $5 mlrd. 939,4 mln. təşkil edir. Bu barədə AMB-nin saytında məlumat verilir.
2018-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları $5 mlrd. 625,7 mln. təşkil edib. Beləliklə, bu ilin I yarısında Mərkəzi Bankın valyuta ehtiyatları 5,6% artıb.
İyunda AMB-nin valyuta ehtiyatları 1,2% və ya $68,5 mln. artıb.
2018-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 5,4% artıb.*
Ə.Məmmədov