2019-cu il iyunun 28-nə Azərbaycanda pul bazasının həcmi 10 mlrd. 376,9 mln. manat təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
29 dekabr 2018-ci il tarixinə pul bazasının həcmi 9 mlrd. 545,7 mln. manat təşkil edib. Beləliklə, 2019-cu ilin I yarısında pul bazası 8,7% artıb.
İyunda pul bazası 204,5 mln. manat və ya 2% artıb.
2018-ci ildə Azərbaycanda pul bazası 11,7% artıb.*
Ə.Məmmədov