OPEC+ ölkələrinin neft hhasilatının azaldılmasına dair razılaşmanın müddətinin daha 9 ay – 2020-ci ilin mart ayının sonunadək uzadılması ilə bağlı razılıq Azərbaycanın maraqlarına tam cavab verir. Bunu energetika naziri Pərviz Şahbazov Vyanada keçirilən nazirər görüşünü şərh edərkən bildirib.
“Azərbaycan neft hhasilatının azaldılmasına dair razılaşmanın müddətinin 2020-ci ilin birinci rübünün sonunadək uzadılması ilə bağlı qərara qoşulub. Bu, iqtisadi və geosiyasi qeyri-müəyyənliklərin davam etdiyi vaxtda bazarın balanslaşdırılması üçün vacib bir qərardır. Azərbaycanın bu prosesə qoşularaq, “Əməkdaşlıq Bəyannaməsi”nə imza atması isə ölkəmizin maraqlarına tam uyğundur”, - nazirlik Şahbazovun sözlərindən sitat gətirir.
Həmçinin nazir vrğulayıb ki, OPEC+ ölkələri bu qərarla “növbəti dəfə risklərə qarşı həmrəylik nümayiş etdirdilər”. **
N.Abbasova