Xarici İşlər naziri Elmar Məmmədyarov çərşənbə axşamı İsveçrə Konfederasiyasının Bakıya yeni təyin olunmuş səfiri Müriel Peneveyrenin etimadnaməsinin surətini qəbul edib.
“Məmmədyarov iki ölkə arasında siyasi dialoqun və siyasi məsləhətləşmələrin mütəmadi əsasda aparılmasının və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğuladı. Həmçinin iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsinə ehtiyac duyulduğunu qeyd etdi”, - XİN-in məlumatnda deyilir.
Öz növbəsində, Peneveyre ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. **
N.Abbasova