Xarici İşlər naziri Elmar Məmmədyarov çərşənbə axşamı Malayziyanın Bakıda yeni təyin olunan səfiri Dato Yubazlan Bin Yusofun etimadnaməsinin surətini qəbul etdi.
“Görüşdə iqtisadi əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün geniş potensialın mövcudluğunu bildirən Məmmədyarov bu xüsusda enerji və nəqliyyat sektorlarını xüsusilə qeyd etdi”, - XİN-in məlumatında deyilir.
Həmsöhbətlər iki ölkə arasında yüksək səviyyəli səfərlər mübadiləsinin münasibətlərin daha da inkişaf etdirilməsi baxımından önəmli olduğunu ifadə etdilər. **
N.Abbasova