2018-ci ilin yekunları üzrə Azərbaycan və Belarus arasında ticarət dövriyyəsi təqribən üç dəfə artaraq $450 mln. təşkil edib. Bunu baş nazirin müavini Yaqub Eyyubov deyib.
“Azərbaycanla Belarus arasında münasibətlər əməkdaşlığın bütün istiqamətləri üzrə yüksələn xəttlə inkişaf edir. Ötən ilin yekunları üzrə ticarət dövriyyəsi təqribən üç dəfə artaraq $450 mln. təşkil edib”, - Eyyubov Belarusun Müstəqillik Günü münasibətilə diplomatik qəbulda bildirib.
O qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq ASK, maşınqayırma, neft-kimya, təhsil, səhiyyə, mədəniyyət, gənclər siyasəti və idman sahələrində inkişaf edir.
“Şübhəsiz ki, hərbi və hərbi-texniki sahədə əməkdaşlıq da yüksək səviyyədədir və iki ölkənin silahlı qüvvələrinin möhkəmlənməsinə töhfə verir”, - Eyyubov vurğulayıb. **
F.İsazadə