Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov rusiyalı həmkarı Sergey Şoyquya Rusiya Hərbi Dəniz Donanmasının elmi-tədqiqat dərin sualtı gəmisində 14 sualtı-dənizçinin faciəvi şəkildə həlak olması ilə əlaqədar başsağlığı verib.
“Rusiya Hərbi Dəniz Donanmasının elmi-tədqiqat dərin sualtı gəmisində 14 sualtı-dənizçinin faciəvi şəkildə həlak olması barədə xəbər məni dərindən sarsıtdı. Azərbaycan Ordusunun şəxsi heyəti adından və şəxsən öz adımdan həlak olanların ailələrinə, doğmalarına və yaxınlarına dərin hüznlə baş sağlığı verirəm. Baş vermiş faciədən sizinlə birlikdə kədərlənirik”, - Müdafiə Nazilriyinin saytında dərc olunan Həsənovun başsağlığı məktubunda deyilir.
Xəbər verildiyi kimi, Rusiya Hərbi Dəniz Donanmasının elmi-tədqiqat dərin sualtı gəmisində baş vermiş yanğın nəticəsində 14 sualtı-dənizçi həlak olub. **
B.Rüstəmbəyov