“Gilan Holding” nizamnamə kapitalını 17,8 dəfə – 395 mln. 850,678 min manatadək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətlər qrupundan məlumat verilib.
Daha əvvəl holdinqin nizamnamə kapitalı 22 mln. 182,402 min manat təşkil edirdi.
“Nizamnamə kapitalının artırılması 2019-cu ilin əvvəlində təsdiq edilmiş inkişaf strategiyasına uyğun olaraq həyata keçirilib. Bu addım holdinqin maliyyə dayanıqlılığının təmin olunmasına və bazar mövqelərinin möhkəmləndirilməsinə yönəldilib”, - deyə məlumatda bildirilir.
1987-ci ildən fəaliyyət göstərən “Gilan Holdinq” qeyri-neft sektoru üzrə Azərbaycan iqtisadiyyatının inkişafı üçün irimiqyaslı layihələrə sərmayələr yatıran, həmçinin yerli məhsulların daxili və xarici bazarlarda tanınmasını və satışını təşkil edən aparıcı şirkətlər qruplarından biridir.*
Ə.Məmmədov