2019-cu ilin I rübündə Azərbaycan Rusiyadan $12 mln. məbləğində şokolad idxal edib , bu da həmin məhsulun bütün Rusiya üzrə ixracının 9%-ni təşkil edib. Bu barədə “Rusiya ixracatçıları” informasiya portalı məlumat verir.
2018-ci ilin analoji dövrü ilə müqayisədə Azərbaycana şokolad idxalı 29% artıb.
Ümumilikdə, 2019-cu ilin I rübündə Rusiya şokolad və ondan məmulatların ixracı 2018-ci ilin analoji dövrü ilə müqayisədə 4% ($5,6 mln.) artaraq $142 mln. təşkil edib.
Bu məhsulun ixrac coğrafiyası 57 ölkəni əhatə edib, onlardan Qazaxıstan, Çin, Belarus və Azərbaycan əsas rol oynayır. Rusiya şokolad məmulatların ixracının 52%-i bu satış bazarlarının payına düşüb. **
B.Rüstəmbəyov