SOCAR Rumıniyada yeni yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verib. Bu barədə Rumıniya mətbuatı xəbər verir.
«YDM Satu-Mare şəhərində istifadəyə verilib. Bununla da Rumıniyada “SOCAR” brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin ümumi sayı 43-ə çatıb», - deyə məlumatda bildirilir.
YDM-də ən müasir texnika, avadanlıq, enerji sərfiyyatını azaldan işıqlandırma sistemi və elektrikli avtomobillər üçün yükləmə stansiyası mövcuddur.
Hazırda Rumıniyanın 20 regionunda “SOCAR” brendi altında yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir.
Xəbər verildiyi kimi, SOCAR Rumıniyadakı YDM-lərin sayını 60-a çatdırmağı planlaşdırır.
SOCAR 2011-ci ildə Rumıniyada fəaliyyətə başlayıb. Şirkət Rumıniyada 550-yə yaxın iş yeri yaradıb və ölkəyə 64 mln. avrodan çox sərmayə yatırıb.*
N.Abbasova