SOCAR Bakı-Novorossiysk boru kəməri ilə neft ixracını bərpa edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.
“Bakı-Novorossiysk boru kəməri ilə Azərbaycan neftinin ixracı dünən bərpa olunub”, – deyə o bildirib.
Daha əvvəl “Transneft” səhmdar şirkətinin vitse-prezidenti Sergey Andronova istinadən verilən məlumata görə, SOCAR iyulun 1-dən Bakı-Novorossiysk boru kəməri ilə neft ixracını bərpa edəcək.
SOCAR cari ilin mart ayında boru kəmərində planlı təmir işlərinin aparılması ilə əlaqədar neftin nəqlini dayandırıb. Təftiş və təmir işləri müddətində neft Ceyhana yönləndiriləcək.
Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk boru kəməri ilə nəql edir.*
N.Abbasova