Kənd Təsərrüfatı Nazirliyi Call-Center üçün Cisco şirkətinin avadanlığının satın alınmasına 270 min manata yaxın vəsait yönəldəcək.
www.tender.gov.az saytının məlumatına görə, KTN qeyd olunan avadanlığın satın alınmasına dair “Sinam” MMC ilə müqavilə bağlayıb. Müqavilənin dəyəri 267 min 546,12 manat təşkil edir.
1994-cü ildə təsis edilən SINAM şirkəti Azərbaycanda proqram təminatı və sistem inteqratorlarının istehsalı üzrə ən iri şirkətdir. Şirkətin mənzil-qərargahı Bakıda yerləşir. 20 ildən çox fəaliyyət dövrü ərzində “Sinam” dövlət idarəçiliyi, korporativ və bank sektroru sisteminə yüksək texnoloji həllər tətbiq edərək, bir sıra infrastruktur layihələr həyata keçirib. Hazırda şirkət məhsul və xidmətlərini ABŞ və Rusya Avropa, MDB və Yaxın Şərq ölkələrinə ixarc edir. **
N.Abbasova