Ermənistan ölkənin inkişafı və Qarabağda münaqişənin nizamlanmasında ABŞ tərəfindən dəsətəyə böyük önəm verir. Bunu Ermənistanın baş naziri Nikol Paşinnyan ABŞ-ın Müstəqillik Günü münasbətilə prezident Donald Trampa ünvanladığı təbrikdə qeyd edib.
“ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli işində ABŞ-ın roluna böyük önəm verir. Ümid edirəm ki, birgə səylərlə regional sabitlik və təhlükəsizlik naminə problemin yalnız sülh yolu ilə həllinə nail olacağıq”, - Paşinyanın mətbuat xidmətinin dərc etdiyi təbrikində deyilir.
Onun sözlərinə görə, Ermənistan Birləşmiş Ştatların ölkəyə göstərdiyi maliyyə və texniki yardımı yüksək qiymətləndirir. **