“Baker Hughes” neft-qaz servis şirkətinin rəqəmsal texnologiyaları SOCAR şirkətinin (ARDNŞ) Azərbaycanda neft hasilatının artırılması məqsədilə istifadə oluna bilər. Bu barədə ARDNŞ-nin mətbuat xidməti məlumat verir.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Baker Hughes GE şirkətinin sədri və Baş icraçı direktoru Lorenzo Simonelli çərşənbə günü keçirilən görüşdə dünya neft sənayesində baş verən cari dəyişikliklər və transformasiya prosesləri, eləcə də yeni və xüsusən rəqəmsal texnologiyaların neft sənayesində rolunun artması məsələləri müzakirə olunub.
“Həmçinin tərəflər arasında mövcud əməkdaşlığın dərinləşdirilməsi, SOCAR tərəfindən istismar edilən yataqlarda hasilatın artırılması, köhnə quyularda hasilatın bərpasıi, yeni layihələrdə sualtı texnologiyaların tətbiqi və s. ilə əlaqədar müasir rəqəmsal texnologiyaların istifadəsi üçün daha dayanıqlı əməkdaşlıq modeli ətrafında geniş fikir mübadiləsi aparılıb”, - məlumatda deyilir.
Baker Hughes GE Azərbaycanda 1990-cı ildə fəaliyyət göstərir. Şirkət SOCAR-la yanaşı, BP, TOTAL, Equinor, eləcə də SOCAR-ın Caspian Drilling Company şirkətləri ilə əməkdaşlıq edir. **
N.Abbasova