Azərbaycanın baş nazirinin müavini, hakim “Yeni Azərbaycan” Partiyasının sədr müavini Əli Əhmədov ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsinə dair fikirləri əsassız hesab edir.
“Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı şayiələrin yayılması səbəbi mənə məlum deyil. Görünür, bununla bəzi jurnalistlər oxucularının sayını artırmaq istəyirlər. Hazırda növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün səbəb yoxdur”, - Əhmədov bu gün jurnalistlərə bildirib.
Eyni zamanda, o əlavə edib ki, qanunvericiliyə əsasən, ölkədə növbəti parlament seçkiləri 2020-ci ilin noyabr ayında keçiriləcək. **
F.İsazadə