Bakı Nəqliyyat Agentliyi 760,652 min manat ümumi məbləğdə üç müqavilə bağlayıb.
www.tender.gov.az saytındakı məlumata əsasən, BNA foto və video qeydiyyatı aparan xüsusi aşkarlama cihazları üçün yeni qurulan sistemin fəaliyyətinin təmin olunması məqsədilə kameraların iş prinsipindən asılı olmayan görüntü emalı proqram təminatı (Image Processing Software) və dəstək xidmətlərinə dair Türkiyənin “İnfodif Yazılım ve Bilişim Teknolojileri San. Tic. A.Ş.” şirkəti ilə müqavilə bağlayıb.
Müqavilənin dəyəri 671,5 min manatdır.
“İnşaat Təmir-Tikinti və İstehsal Müəssisəsi” MMC ilə pilot layihə üzrə svetoforlar üçün idarəetmə məntəqəsinin təşkili işlərinə dair müqavilə imalanıb. Dəyəri – 47,152 min manatdır.
O cümlədən, “OMNİ” QSC ilə beynəlxalq müqavilələrə hüquqi rəy vermək və bu müqavilələrin icrası ilə əlaqədar xarici ölkələrdə təmsil etmə xidmətlərinə dair müqavilə bağlanıb (müqavilənin dəyəri 42 min manatdır).
Bakı Nəqliyyat Agentliyi Azərbaycan prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.**
B.Rüstəmbəyov