Azərbaycanın gömrük orqanları aksiz markası olmayan 114 min ədəd “King” markalı siqaret müsadirə edib. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) saytında məlumat verilir.
“Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin əməkdaşları tərəfindən 114 min ədəd “King” markalı siqaret müsadirə edilib”, - Komitədən qeyd ediblər.
Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinə "Mercedes Benz" markalı minik avtomobilində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış külli miqdarda siqaretlərin Xaçmaz rayonu ərazisindən Bakı şəhəri istiqamətinə daşınması barədə əməliyyat məlumatı daxil olub. Məlumat əsasında yaradılan əməliyyat qrupu tərəfindən Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi həmin avtomobil Bakı-Sumqayıt şossesində saxlanılıb və baxış keçirilib. Bu zaman avtomobildə 18 ədəd karton qutuda Azərbaycan Respublikasına məxsus aksiz markası olmayan 114 min "King" markalı siqaretlər aşkar edilib. **
Ə.Məmmədov