“Azərenerji” ASC 110/35/6 kV-lik “Sumqayıt-3” yarımstansiyasından üç zavod üçün 35 kilovoltluq kabel xəttlərinin çəkilməsi məqsədilə podratçı seçir. Bu barədə ASC-nin elanında deyilir.
Seçim açıq tender üsulu ilə aparılır.
Tenderin şərtlətinə görə, kabel xəttləri yağ, plastik və karton istehsal edən zavodlarına çəkilməlidir.
İştirak haqqı – 500 manatdır. Tenderdə zəruri texniki və maliyyə imkanlarına malik olan şirkətlıər iştirak edə bilər.
Tender təklifləri avqustun 8-i saat 10:00-dək qəbul olunur. Tender proseduru avqustun 9-da saat 10:00-da baş tutacaq. **
N.Abbasova