Azərbaycan terrorizmlə mübarizədə ABŞ ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirir. Bunu maliyyə naziri Samir Şərifov deyib.
"Azərbaycan ABŞ-ın beynəlxalq terrorizmlə mübarizə tədbirlərini fəal şəkildə dəstəkləyir və biz bəyan edirik ki, ABŞ ilə bu əməkdaşlığı davam etdirmək niyyətindəyik", - deyə nazir ABŞ-ın müstəqilliyinin 243-cü ildönümü münasibətilə təşkil olunmuş rəsmi qəbulda bildirib.*
F.İsazadə