Azərbaycanın ərazi bütövlüyünün bərpası əsas məqsədimizdir. Bunu prezident İlham Əliyev bəyan edib.
“1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasətin nəticəsində torpaqlarımız işğal altına düşüb. Bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzü bərpa etməkdir. Bu istiqamətdə işlər aparılır, həm siyasi-diplomatik sahədə, həm ordu quruculuğu sahəsində”, - deyə dövlət başçısı iyulun 5-də Pirallahı rayonunda məcburi köçkün ailələri üçün salınan yeni yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan hərbi quruculuq sahəsində böyük işlər görüb.
“Bu işlərin nəticəsində 2016-cı ildə (aprel – İF) torpaqlarımızın bir hissəsi də işğalçılardan azad edilib”, - deyə İ.Əliyev əlavə edib.*
Ə.Məmmədov