İyulun 6-da səhər saatlarında hərbi hissələrdən birində bədbəxt hadisə baş verib. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Tank mərmisinin atımının hərbi qulluqçunun əlindən yerə düşməsi nəticəsində partlayış olub. Nəticədə iki hərbi qulluqçu həlak olub, bir hərbi qulluqçu isə ağır yaralanıb”, - deyə məlumatda bildirilir.
Faktla bağlı araşdırma aparılır.*
B.Rüstəmbəyov