Azərbaycanda hərbi hissələrdən birində tank mərmisinin partlaması faktı üzrə Hərbi Prokurorluqda cinayət işi başlanılıb. Bu barədə Hərbi Prokurorluqdan məlumat verilib.
“Hərbi hissələrdən birində tank mərmisinin partlaması nəticəsində iki hərbi qulluqçunun həlak olması faktı üzrə Hərbi Prokurorluqda cinayət işi başlanılıb. Hərbi Prokurorluğun təcrübəli və peşəkar işçilərindən ibarət istintaq qrupu yaradılıb və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, iyulun 6-da səhər saatlarında hərbi hissələrdən birində tank mərmisinin atımının hərbi qulluqçunun əlindən yerə düşərək partlaması nəticəsində iki hərbi qulluqçu həlak olub, bir hərbçi isə ağır xəsarət alıb.*
B.Rüstəmbəyov