Voronej vilayətində içərisində 12 nəfər Azərbaycan vətəndaşının olduğu “Mercedes-Benz Sprinter” markalı mikroavtobusun yoldan çıxaraq aşması nəticəsində 6 sərnişin və sürücü xəsarət alıb. Bu barədə "İnterfaks"a Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Yol Hərəkəti Təhlükəsizliyi Dövlət Müfəttişliyindən məlumat verilib.
“Bu gün səhər saatlarında Moskvadan Azərbaycana gedən “Mercedes-Benz Sprinter” markalı mikroavtobus yolun hərəkət hissəsindən çıxaraq aşıb", - deyə məlumatda bildirilir.
Qəza nəticəsində sürücü və 6 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.*