Azərbaycanın Xan Sarayı və Şəkinin tarixi mərkəzi UNESKO-nun Dünya İrs Siyahısına salınıb.
İyulun 7-də Bakı Konqres Mərkəzində keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının növbəti iclasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyası UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iyunun 30-da başlayıb. Sessiyada 180-dən çox ölkədən 2,5 minə yaxın nümayəndə iştirak edir.
Xan Sarayı və Şəkinin tarixi mərkəzi UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilən üçüncü abidədir. “İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi”, “Qobustan Qaya Sənəti Mədəni Landşaftı” da bu siyahıda yer alır.*
B.Rüstəmbəyov