“KamAZ” Xarici Ticarət Şirkəti” QSC maşın komplektlərinin tədarükünə dair Gəncə Avtomobil Zavodu ilə müqavilə bağlayıb. Bu barədə Rusiya Sənaye və Ticarət Nazirliyinin məlumatında deyilir.
Müqaviləyə əsasən, Azərbaycana 400 mln. rubl məbləğində maşın komplektləri gətiriləcək.
Razılaşmanın digər təfərrüatları açıqlanmır.
Bundan əlavə, “KamAZ” Azərbaycanda kənd təsərrüfatı texnikası və kommunal nəqliyyat istehsalı imkanını nəzərdən keçirir. **
A.Əzizov