“Vertolyotı Rossii” SC Azərbaycana iki ədəd “Mi-8AMT” və “Mi-8MTV-1” tipli vertolyotun tədarükü haqqında müqavilə bağlayıb. Bu barədə Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"SC nümayəndələrinin ötən həftə (2-5 iyul 2019-cu il) Azərbaycana səfəri zamanı iki ədəd “Mi-8AMT” və “Mi-8MTV-1” tipli vertolyotun təmiri haqqında müqavilə bağlanılıb", - deyə məlumatda bildirilir.
Bundan başqa, tərəflər Azərbaycan ərazisində “Mi” tipli vertolyotlara texniki xidmət və təmir üzrə servis mərkəzinin (“Silk Way Helicopter Services” (SWHS) müəssisəsinin bazasında) yaradılması istiqamətində işi davam etdirirlər.*
A.Əzizov