Maliyyə Bazarlarına Nəzarət Palatası lisenziyaların verilməsi və valyuta mübadilə əməliyyatları üzrə uçotun aparılması və üzrə proqram təminatının yaradılması üçün proqram təminatının yaradılması məqsədilə mal və xidmətlərin tədsrükçüsünü seçib. Bu barədə “İnterfaks-Azərbaycan”a MBNP-dən məlumat verilir.
“Lisenziyaların verilməsi, valyuta mübadiləsi fəaliyyətinə verilmiş lisenziyaların reyestrinin və valyuta mübadilə əməliyyatları üzrə uçotun aparılması üçün proqram təminatının yaradılması məqsədilə mal və xidmətlərin satın alınması üzrə açıq tenderin qalibi “AtaTexnologiya” MMC olub”, - Palatadan qeyd ediblər.
Qalib şirkətlə 604 min 958,86 manat məbləğində müqavilə imzalanıb. **
Ə.Məmmədov