Yekaterinburq şəhərində “Azərbaycan Şərab Evi” açılıb.
“Bu, Azərbaycanın xarici ölkədə açılan 3-cü Şərab Evidir. Məqsəd Azərbaycanın şərab məhsullarının Rusiya bazarında daha çox tanıdılması və satışının təşkilidir”, - İqtisadiyyat Nazirliyi məlumat verir.
Açılış mərasimində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturov iştirak ediblər.
“Şərab Evinin sərgisində Azərbaycan şirkətlərinin istehsalı olan 120 çeşid şərabları, spirtli təqdim edilir”, - məlumatda qeyd olunur.
Hazırda Çinin iki şəhərində “Azərbaycan Şərab Evi” fəaliyyət göstərir.
Xəbər verildiyi kimi, 2019-cu ilin ikinci yarısında Sankt-Peterburqda Azərbaycanın şərab evinin açılışı nəzərdə tutulur.
Hazırda Rusiya Azərbaycan şərablarının əsas ixrac bazarıdır. Azərbaycan 2018-ci ildə $7 mln. 561,96 min dəyərində şərab və üzüm suslosu ixrac edib. 2018-ci ildə bu ölkəyə $6 mln. 400,17 min dəyərində (artım 29,8%) 618,3 min dekalitr (artım 82,9%) şərab ixrac edilib Yanvar-mart aylarında Azərbaycan $1 mln. 476,4 min dəyərində 101,87 min dekalitr şərab və üzüm suslosu ixrac edib. İxracın əsas həcmi Rusiyanın payına düşüb. Belə ki, 3 ay ərzində bu ölkəyə $1 mln. 270,53 min dəyərində (artım 10,7%) 96,67 min dekalitr (azalma 15,9%) şərab ixrac edilib. **
A.Əzizov