Astara Rayon İcra Hakimiyyəti torpaq sürüşməsi nəticəsində ziyan çəkmiş vətəndaşlar üçün 36 mənzilli yaşayış binasının tikintisi məqsədilə podratçı seçir. Bu barədə İH-nin elanında deyilir.
Seçim açıq tender üsulu ilə aparılır. İştirak haqqı – 200 manatdır.
Qalibin seçimi zamanı sas meyarlar aşağıdakılardır: aşağı qiymət, yüksək keyfiyyət, vaxtında icra, analoji işlərin həyata keçirilməsinə təcrübə.
Şirkətlərdən tender təklifləri 15 avqust saat 17:00-dək qəbul olunur. Tender proseduru avqustun 16-da saat 15:00-da baş tutacaq.
Astara rayonunda yeni yaşayış binasının tikintisi Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondunun vəsaiti hesabına həyata keçiriləcək. Azərbaycan prezidenti İlham Əliyev 3 iyun 2019-cu il tarixində Astara rayonunda torpaq sürüşməsi nəticəsində ziyan çəkmiş sakinlərin mənzil-məişət şəraitini yaxşılaşdırılması məqsədilə 2,3 mln. manat ayırmağı tapşırıb. **
N.Abbasova