Xarici İşlər naziri Elmar Məmmədyarov bazar ertəsi Almaniya Federativ Respublikasının Bakıya yeni təyin olunan səfiri Volfqanq Maniqin etimadnaməsinin surətini qəbul etdi.
“Görüşdə tərəflər Azərbaycanla Almaniya arasında mövcud olan münasibətlərin siyasi, iqtisadi, ticarət, mədəni və digər sahələrdə inkişafını müzakirə ediblər”, - XİN-in məlumatında deyilir.
Bundan başqa, görüş zamanı Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional enerji və nəqliyyat layihələri üzrə fikir mübadiləsi aparıldı. **
N.Abbasova