Azərbaycanın cənubunda yol-nəqliyyat hadisəsi nəticəsində 8 nəfər həlak olub. Bu barədə yerli mətbuat məlumat verir.
“Masallı rayonunda yük maşını “Mercedes Vito” markalı mikroavtobus ilə toqquşub. Nəticədə 8 nəfər həlak olub, daha bir nəfər xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib”, - KİV məlumat verir.
Mikroavtobusun sərnişinlərinin hamısı toya gedirlərmiş. **
F.İsazadə