Hesablama Palatası “Azərpoçt” MMC-də yoxlamalar aparmır. Bunu “İnterfaks-Azərbaycan” agentliyinə açıqlamasında Hesablama Palatasının mətbuat xidmətinin rəhbəri Nailə Məhərrəmova deyib.
“Hesablama Palatası tərəfindən “Azərpoçt” MMC-də yoxlamalar aparılması ilə bağlı bir sıra KİV-də yayılmış xəbərlər həqiqətə uyğun deyil”, - deyə N.Məhərrəmova bildirib.
Onun sözlərinə görə, Hesablama Palatası tərəfindən yoxlamalar təsdiqlənmiş İş planı çərçivəsində aparılır. «Hazırda isə “Azərpoçt”da audit aparılmır”, - deyə mətbuat xidmətinin rəhbəri vurğulayıb.
“Azərpoçt” dövlət müəssisəsi 1999-cu il sentyabrın 23-də yaradılıb. 2009-cu il avqustun 15-də “Azərpoçt” MMC-yə çevrilib. 2010-cu il aprelin 16-da Azərbaycan Mərkəzi Bankı MMC-yə bank-maliyyə xidmətləri göstərmək üçün məhdudlaşdırılmış lisenziya verib.*
A.Əzizov